26 Aprel 2024
“Qarabağ” – “Aşdod” matçının hakimləri AÇIQLANDI - FOTO

“Qarabağ” – “Aşdod” matçının hakimləri AÇIQLANDI - FOTO

13 İyul 2021
Baxış: 579

“Qarabağ” Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində İsrailin “Aşdod” klubu ilə qarşılaşacaq.

AJMEDİA.İNFO xəbər verir ki, bu oyunun hakim təyinatları açıqlanıb. Qarılaşmanı Polşadan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Kşiştof Yakubik olacaq. Ona yan xətt hakimləri Arkadiuş Vuyçik və Tomaş Nemirovski kömək edəcək. Dördüncü hakim isə Pyotr Lasikdir.

Qeyd edək ki, “Qarabağ” – “Aşdod” görüşü 22 iyul tarixində Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

“Qarabağ” – “Aşdod” matçının hakimləri açıqlandı