19 May 2024
“Qarabağ” 1,5 milyonluq təklifi GERİ ÇEVİRDİ

“Qarabağ” 1,5 milyonluq təklifi GERİ ÇEVİRDİ

20 Yanvar 2024
Baxış: 532

Leandro Andradeyə elçi düşən “Rubin“in “Qarabağ“a nə qədər təzminat ödəməyə hazır olduğu dəqiqləşib.

AJMEDİA.İNFO xəbər verir ki, Rusiya klubu yarımmüdafiəçinin transferi üçün 1,5 milyon avro təklif edib.

“Köhlən atlılar“ Kazan təmsilçisinin çağırışına mənfi reaksiya göstərib. 24 yaşlı legioneri satmağa hazırlaşmadıqları barədə qarşı tərəfi məlumatlandırıblar.

Müqavilə ilə 2025-ci ilin yayına qədər “Qarabağ”a məxsus olan kabo-verdeliyə daha öncə Çinin Superliqa təmsilçisi "Şanxay Şenxua"nın dəvət göndərməsini xatırladaq.

Afrikalı 2022-ci ilin yayından “Qarabağ”da oynayır. O, bu mövsüm “Qarabağ”la bütün turnirlərdə 33 oyunda meydana çıxıb, 10 qol vurub, 9 qolun isə ötürməsini verib.(sport.info)