26 Aprel 2024
"Putinlə görüşməyə hazıram, vasitəçisiz və şərtsiz!" - ZELENSKİ

"Putinlə görüşməyə hazıram, vasitəçisiz və şərtsiz!" - ZELENSKİ

13 May 2022
Baxış: 2935

Rusiya Prezidenti Vladimir Putinlə şəxsən görüşməyə hazıram.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Ukrayna Prezidenti Valdimir Zelenski İtaliyanın “Rai 1” telekanalına müsahibəsində deyib.

“Rusiya ilə danışıqlar məsələsi hər gün qəlizləşir. Çünki hər gün insanların yaşadığı kiçik şəhərlər işğal olunur. Sakinlər evlərini tərk etməli olurlar, çoxlu sayda insan ölür”, - Zelenski bildirib.

Onun sözlərinə görə, Ukrayna cəmiyyəti 8 ildə Rusiya ilə danışmağa cəhd edib:

“İndi cəmiyyət buna elə də müsbət yanaşmır. Buna baxmayaraq, mən bir prezident kimi Putinlə danışmağa hazıram. Lakin heç bir vasitəçi, ultimatum şərtləri olmamalıdır”.