04 Dekabr 2021

Azerbaijan, Baku

9°C/13°CTemperatur °C
Atmosfer hadisələri

Atmosfer hadisələri

Putinin “gözəl qadın” dediyi jurnalist onun tort üzərində şəklini payladı - FOTO

Putinin “gözəl qadın” dediyi jurnalist onun tort üzərində şəklini payladı - FOTO

19 Oktyabr 2021
Baxış: 366

CNBC jurnalisti Hedli Qembl öz “Instagram” hesabında üzərində Rusiya prezidenti Vladimir Putinin şəkli olan və “Çox gözəlsiniz” yazılan tortun şəklini paylaşıb.

Onun sözlərinə görə, bu hədiyyəni ona dostları edib.

Xatırladaq ki, Rusiya Enerji Həftəsi beynəlxalq forumunda çıxışı zamanı Putin Qembli “gözəl qadın” adlandırmışdı. Həmin vaxt Rusiya dövlət başçısı Avropaya qaz təchizatı ilə bağlı eyni suala iki dəfə cavab verməli olmuşdu.

“Gözəl, simpatik qadın. Mən ona bir söz deyirəm - o isə tamam başqa söz deyir. Elə bil dediyimi eşitmir”, - deyə həmin vaxt prezident bildirmişdi.