24 Aprel 2024
Putinin bu açıqlamasından sonra dollar UCUZLAŞDI, qazın qiyməti ARTDI

Putinin bu açıqlamasından sonra dollar UCUZLAŞDI, qazın qiyməti ARTDI

23 Mart 2022
Baxış: 619

Rusiya rəhbərliyi qeyri-dost ölkələrə ixrac etdiyi məhsullar üçün (qaz nəqli) ödənişi rus rublu ilə almaq qərarına gəlib.

AJMEDİA.İNFO Konkret.az-a istinadən xəbər verir ki, bu barədə prezident Vladimir Putin hökumətin iclasında bildirib:

“İndi dünyada hamıya məlumdur ki, dollar və avro üzrə öhdəliklər yerinə yetirilməyə bilər. Mən artıq bu cür qənaətə gəlmişəm, lakin təfərrüata varmayacam. Amma tamamilə aydındır ki, bizim mallarımızı Avropa ölkələrinə və ABŞ-a çatdırmaq üçün ödənişi dollar, avro və bir sıra digər valyutalarla qəbul etməyimiz mənasızdır. Mən ən qısa müddətdə qeyri-dost ölkələrə verilən təbii qazımız üçün Rusiya rublu ilə ödənişlərin köçürülməsini tələb etmək qərarına gəldim” – Putin bildirib.

Kreml rəhbəri əlavə edib ki, Rusiya həcmlərə uyğun olaraq qaz tədarükünü davam etdirəcək və qiymətlər də əvvəl bağlanan müqavilələrə uyğun olacaq. Lakin ödəniş valyutası dəyişəcək.

Dövlət başçısı bu barədə “Qazprom”a göstəriş verməyi tapşırıb: “Bütün xarici istehlakçılara lazımi əməliyyatları yerinə yetirmək imkanı verilməlidir” – deyə Putin vurğulayıb.

Bu açıqlamadan sonra Moskva birjasında dollar martın 3-dən bəri ilk dəfə Rusiya valyutası qarşısında 100 rubldan aşağı düşüb. Eyni zamanda qazın qiyməti artıb.