19 Aprel 2024
PUTİNİ DƏSTƏKLƏDİYİ ÜÇÜN XALQDAN ÜZR İSTƏDİ —  Aparıcı Snejana Egorova Türkiyədə qaçqın statusu aldı

PUTİNİ DƏSTƏKLƏDİYİ ÜÇÜN XALQDAN ÜZR İSTƏDİ — Aparıcı Snejana Egorova Türkiyədə qaçqın statusu aldı

26 Mart 2022
Baxış: 568

Son səkkiz il ərzində Rusiya prezidenti Vladimir Putinin aktiv dəstəkçilərindən olan, hətta Putinin Ukraynaya qarşı təcavüzünü dəstəkləyən teleaparıcı Snejana Yeqorova övladları ilə birlikdə Türkiyədə qaçqın statusu alıb.

O, bu barədə “İnstagram”da məlumat verib.

Bundan əvvəl Yeqorova Türkiyədə sənədləşmə işində çətinlik çəkib, çünki diplomatlar onun rusiyayönlü mövqeyini aşkara çıxarıblar. Lakin sonra aparıcı Putinə dəstəkdən imtina edərək, onu müdafiə etdiyinə görə ictimaiyyətdən bağışlanmasını istəyib.

Bu gün Eqorova sosial şəbəkədə Ukraynanın Antalyadakı konsulluğunda çəkilmiş foto nümayiş etdirərək, özünün və övladlarının qaçqın statusu aldığını bildirib.

Yeqorova yazıb: “Bundan sonra biz qanunun himayəsi altındayıq”.

Xatırladaq ki, teleaparıcı fevralın 24-dək Ukrayna Silahlı Qüvvələri haqqında fəal surətdə saxta xəbərlər yayıb, ukraynadilli vətəndaşları ələ salıb və Putinin hərəkətlərini dəstəklədiyini açıq şəkildə bildirib. Qafqaz.media