25 Aprel 2024
Putindən sonra hakimiyyətə kim gələcək? - Onun adı bəlli oldu

Putindən sonra hakimiyyətə kim gələcək? - Onun adı bəlli oldu

25 İyul 2022
Baxış: 429

Rusiya prezidenti Vladimir Putinin xələfi məlum olub.

AJMEDİA.İNFO Qərb mediasına istinadən xəbər verir ki, Rusiya prezidenti Putinin xərçəng xəstəliyinə tutulması ilə bağlı iddialar dünya mətbuatında geniş yer alıb. Bu iddiaların doğru olub-olmaması məlum olmasa da, Rusiya siyasəti ilə bağlı daha bir məqalə yayımlanıb. Sözügedən məqalədə daha bir iddia ortaya atılıb.

İddialara görə, Kremldə yüksək vəzifə tutan və uğurlu hesab edilən 36 yaşlı Dmitri Kovalev Putindən sonra hakimiyyətə gələcək. Məqalədə Rusiya kimi böyük bir dövlətin idarəçiliyinin 36 yaşlı siyasətçiyə tapşırılacağı bildirilir. (azxeber.com)