28 Mart 2024
Putin Ukraynadakı müharibəni idarə etməyi bu generala TAPŞIRDI - FOTO

Putin Ukraynadakı müharibəni idarə etməyi bu generala TAPŞIRDI - FOTO

27 İyun 2022
Baxış: 381

Ukraynada davam edən müharibəyə Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəisi, general-polkovnik Gennadi Jidko rəhbərlik edir.

AJMEDİA.İNFO bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu (ISW) məlumat yayıb.

Bildirilir ki, Rusiyanın müstəqil Ukrayna ərazisinə genişmiqyaslı hərbi müdaxiləsinin beşinci ayında müharibənin aparılmasına Cənub Hərbi Dairəsinin komandiri, ordu generalı Aleksandr Dvornikovun əvəzinə general-polkovnik Gennadi Jidko rəhbərlik edir.

Bundan əlavə, ISW-in məlumatına görə, Kreml Ukraynada müharibəni tam səfərbərlik olmadan davam etdirmək məqsədilə “gizli səfərbərlik” həyata keçirmək üçün Rusiya qanunları ilə manipulyasiya etməyə davam edir.