23 Aprel 2024
Putin Ukraynada ölən hərbçilərin övladları barədə FƏRMAN İMZALADI

Putin Ukraynada ölən hərbçilərin övladları barədə FƏRMAN İMZALADI

09 May 2022
Baxış: 494

Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı müharibədə ölən hərbçilərin övladlarına kömək məqsədilə fərman imzalayıb.

AJMEDİA.İNFO xəbər verir ki, fərmana əsasən, Ukraynadakı müharibədə iştirak edən hərbi qulluqçuların uşaqları üçün Rusiya Federasiyasının ali məktəblərində qəbul kvotası olacaq.

Fərmanda qeyd olunur ki, kvota “hər bir ixtisas və ya təhsil sahəsi üzrə federal büdcədən ayrılan vəsaitlər hesabına ümumi qəbul hədəfinin 10 faizini” təşkil edəcək.

Ukraynada gedən müharibədə ölən hərbçilərin övladları Rusiya Federasiyasının ali məktəblərinə kvota çərçivəsində qəbul imtahanları vermədən daxil ola biləcəklər.

Rusiya Federasiyası hökumətinə fərmandan irəli gələn vəzifələri həll etmək tapşırılıb. (modern.az).