20 Aprel 2024
Putin Ərdoğanın bu təklifini RƏDD ETDİ

Putin Ərdoğanın bu təklifini RƏDD ETDİ

21 May 2022
Baxış: 732

Ərdoğan Ukrayna əsgərlərini müharibənin sonuna qədər Türkiyədə saxlamağı təklif edib. Putin isə Ərdoğanın təklifini rədd etdi.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Ukraynanın sabiq prezidenti Petro Poroşenko Türkiyənin CNN telekanalına açıqlamasında deyib.

“Rusiya torpaqlarımıza girdi. Mülki əhali öldürüldü. Ukrayna əsgərləri öz şəhərlərini, torpaqlarını, xalqını müdafiə etdilər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və komandasına təşəkkür edirik. Çünki o, Ukrayna əsgərlərini müharibənin sonuna qədər Türkiyədə saxlamağı təklif edib. Putin isə Ərdoğanın təklifini rədd etdi. Bu qəbuledilməzdir. Xeyli sayda dinc sakin həlak olub. Buçadan sonra Mariupolda da qətliamlar törədildi”, - sabiq prezident bildirib.