20 Aprel 2024
Prezident Vladimir Putin “Rusiya vətəndaşlığı alınması prosedurunun sadələşdirilməsi haqqında” qanunu imzalayıb

Prezident Vladimir Putin “Rusiya vətəndaşlığı alınması prosedurunun sadələşdirilməsi haqqında” qanunu imzalayıb

24 Aprel 2020
Baxış: 639

Prezident Vladimir Putin Rusiya vətəndaşlığının alınması prosedurunun sadələşdirilməsi ilə bağlı qanunu imzalayıb.

AZƏRTAC xəbər verir ki, dövlət başçısının imzaladığı Qanuna əsasən, Rusiya vətəndaşı olmaq üçün digər ölkənin vətəndaşlığından imtina etmək lazım deyil. Eyni zamanda, SSRİ-də doğulmuş, keçmiş sovet respublikalarında yaşayıb, bu ölkələrin vətəndaşlığını almayan şəxslərin Rusiyada mütləq 3 il yaşaması və qanuni gəlir mənbəyini təsdiqləməsi tələbi aradan götürülür. Bu qayda Rusiya vətəndaşlarının Rusiyada yaşayan əcnəbi həyat yoldaşlarına, eləcə də valideynlərindən biri Rusiya vətəndaşı olan və bu ölkədə yaşayan şəxslərə də aiddir.

Rusiyada müvəqqəti yaşama icazəsi olan Moldova, Ukrayna, Belarus və Qazaxıstan vətəndaşları Rusiyada 3 il yaşamadan da vətəndaşlıq üçün ərizə təqdim edə biləcəklər.

Rusiya ali məktəblərinin məzunları üçün əmək fəaliyyətinin müddəti iki il azaldılıb.

Sənəd imzalandığı tarixdən 90 gün sonra qüvvəyə minəcək.