26 Aprel 2024
Poza üçün bayrağı yerə atdı - Avroviziyada QALMAQAL

Poza üçün bayrağı yerə atdı - Avroviziyada QALMAQAL

12 May 2022
Baxış: 479

Avroviziyanın rəsmi açılış mərasimində Şimali Makedoniya təmsilçisi Andreanın fotosessiya zamanı ölkəsinin bayrağını yerə atması böyük qalmaqala səbəb olub.

AJMEDİA.İNFO yazır ki, dövlət kanalı MRT bu hadisəyə sərt reaksiya verib.

“Andrea bu jestlə milli simvola hörmətsizlik edib və biz Avroviziya təmsilçimizin bu qalmaqallı davranışını qətiyyən dəstəkləmirik”,- deyə bildirib.

Sənətçi üzr istəsə də, MRT və delegasiya arasında sular durulmur.

Kanal Makedoniya nümayəndə heyətinin ölkəyə qayıtması ilə onlara qarşı qanuni qərarlar alacağını və intizama göndərəcəyini açıqlayıb.

Hadisələrin yaratdığı “pis” görüntüyə görə MRT Avroviziyadan gələn il çəkiləcəyini qeyd edib.

(olay.az)