22 May 2022

Azerbaijan, Baku

14°C/21°CTemperatur °C
Atmosfer hadisələri

Atmosfer hadisələri

Polşa hökuməti: "Azərbaycanla münasibətlərə böyük əhəmiyyət veririk"

Polşa hökuməti: "Azərbaycanla münasibətlərə böyük əhəmiyyət veririk"

26 Yanvar 2022
Baxış: 251

Polşa İqtisadi İnkişaf və Texnologiya Nazirliyinin dövlət katibi, Polşa-Azərbaycan iqtisadi əməkdaşlıq birgə komissiyasının həmsədri Qrjeqorj Piexoviak Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova ilə görüşüb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlıq və ticarət əlaqələrinin genişləndirilməsi məsələsi müzakirə olunub.

“Biz nazirlik olaraq mühüm və perspektivli tərəfdaşımız olan Azərbaycanla münasibətlərə böyük əhəmiyyət veririk. İki ölkə arasındakı münasibətlər ənənəvi olaraq çox yaxşıdır”, - məlumatda qeyd olunur.