25 Aprel 2024
Politoloq Rüstəm Tağızadə:-Moskvada İlham Əliyev-Vladimir Putin görüşünün görünən tərəfləri

Politoloq Rüstəm Tağızadə:-Moskvada İlham Əliyev-Vladimir Putin görüşünün görünən tərəfləri

21 İyul 2021
Baxış: 903

Moskvada keçirilən görüş zamanı İlham Əliyev iki dəfə “post münaqişə” ifadəsini işlətdi və qeyd etdi ki, “münaqişədən sonrakı dövrün maksimum ağrısız keçməsi əzmindəyik və birgə cəhdlərimizlə buna nail olacağıq”: İlham Əliyev bu sözlərlə demək istəyir ki, Moskvaya gələcəyi müzakirə etməyə gəlmişəm.
Vladimir Putin qeyd etdi ki, “nizamlama istəyiriksə, - onda bu yolla getməliyik”: Bundan əlavə Putin “kompromisli qərarların tapıldığı” üçün İlham Əliyevə təşəkkür etdi. Putininin sözlərini təhlil etsək görə bilərik ki, Rusiya Azərbaycandan güzəştlər istəyir. Noyabrın 10-da imzalanmış atəşkəs müqaviləsindən sonra Azərbaycan böyük ölçüdə Ermənistana və Rusiyaya güzəştə getmişdir. Bu təbii ki, geosiyasi proseslərlə əlaqədardır. Rusiya üçün vacib olan öz varlığını Qarabağda qalmasını təmin etməkdir. Rusiya Qarabağda komunikasiyaların açılmasında maraqlıdırlar. Bununla Rusiya Ermənistana quru yolla əlaqəni təmin edirlər.
Dövlət başçıları sərhəddə baş verən toqquşmalara toxunmadılar. Qapalı qapı arxasında danışıqlar mövzusu böyük ehtimalla Azərbaycan və Ermənistan arasında sərhədlərin delimatasiyasıdır. İlham Əliyevin “münaqişədən sonrakı dövr” ifadəsini işlətməsi təsadüfü deyildir. Azərbaycan üçün münaqişədən sonrakı dövr sülh sazişinin imzalanması, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünün tanınması, sərhədlərin müəyyənləşməsi və Qarabağdakı fəaliyyətimizin davamı deməkdir. Təbii olaraq, Putin İlham Əliyevlə görüşdən sonra Nikol Paşinyanla təmasa keçəcək.
Vladimir Putin-Nikol Paşinyan və Vladimir Putin-İlham Əliyev görüşünün baş tutması fonunda Ermənistan tərəfindən mina xəritələrinin verilməsi, rəsmi Bakı tərəfdən erməni diversantların qaytarılması və sərhədlərin delimatasiyası prosesinin sürətlənməsi gözləntiləri var.


Azərbaycan Yəhudi Media Mərkəzi

Siyasi ekspert, Politoloq: Rüstəm Tağızadə