19 Aprel 2024
POLITOLOQ:-Azərbaycan Ermənistan sərhədində baş verənlərin əsl günahkarı

POLITOLOQ:-Azərbaycan Ermənistan sərhədində baş verənlərin əsl günahkarı

25 İyul 2021
Baxış: 2483


Azərbaycan Ermənistan sərhədində Kəlbəcər istiqamətində Ermənistan ordusunun atəşkəsi pozması nəticəsində bir hərbi qulluqçumuz şəhid olmuşdur. Azərbaycan Ermənistan sərhədində baş verən insidentlər son zamanlar daha da çoxalıb. Müharibədən sonra işğal altında olan rayonların qayıtması ilə Ermənistanla sərhədin delimitasiya işləri ön plana çıxdı. Delimitasiya işlərinin aparılmasında Rusiya vasitəçi rolunda çıxış etməyi ön plana sürdü. Ancaq indiki halda bu proses dayanmışdır.
Ermənistan tərəfi niyə atəşkəsi pozur? Azərbaycan Prezidentinin dəfələrlə Qarabağda statusun olmamasından və sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın ərazi bütövlüyünü tanımasını müsahiblərində vurğulayır. Ermənistan və havadarları buna razı deyillər və sərhəddə bu cür təxribatlar törədirlər. Rusiya tərəfi iddia edir ki, Ermənistanın sərhəddə təxribatlar törətməsi məqsədli xarakter daşıyır. Burada olan məqsəd ondan ibarətdir ki, rus sülhməramlıların bölgədə nüfuzunu zəiflətmək və Qarabağa xarici müşahidəçiləri gətirməkdir. Ruslar bu cür arqumentləri gətirməklə özlərini günahsız göstərməyə çalışırlar. Sirr deyil ki, Rusiya status məsələsini qabardanlardan biridir. Ancaq bunu ehtiyatla edir. Çünki, Qarabağa Fransanın, Amerikanın daxil olmasını istəmir. Regionda geosiyasi məqsədlərini həyata keçirmək üçün Rusiya ikili rol oynayır. Müharibədən sonra sərhədlərin delimitasiyası, qaçqınların Qarabağa qayıtması prosesini Rusiya özü tənzimləmək istəyir. Qərbə olan meyli ilə Ermənistandakı hökumət ATƏT-in Minsk qrupunu proseslərin içərisinə daxil etmək istəyir. Bu isə Rusiyanın maraqlarına cavab vermir. Təsadüfü deyil ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov müsahibəsində deyib ki: “Qərb tərəfdaşlarımız Cənubi Qafqazda möhkəmlənmək istəyir”. Bununla Lavrov demək istəyir ki, Azərbaycan Ermənistanda sərhədində olan gərginliyin səbəbkarı qərbdir. Bölgədə yeni bir reallığın yaranması ilə Zəngəzur dəhlizinin açılması həyata keçməlidir. Azərbaycan bu mövzuda qətiyyətli mövqe göstərir. Nikol Paşinyan məntiqli davranıb sülh müqaviləsini imzalamalıdır. Atəşkəsi pozmaq Ermənistanı inkişafa aparan amil deyil. Zəngəzur dəhlizinin açılmasından sonra Ermənistan da bundan yararlanacaq. Ermənistan tərəfindən edilən bu cür təxribatlar müharibəyə şərait yaradırmı? Müharibə indiki halda nə Azərbaycana nə də Ermənistanın maraqlarına uyğun deyil. Ermənistan ordusunun çox hissəsi dağılmışdır. Ermənistanın dövlət sərhədini ruslar qoruyur. Ancaq yenə də avantürüst ideyalardan əl çəkmirlər. Belə olan halda Ermənistan sülh müqaviləsini tezliklə imzalamalıdır.


Azərbaycan Yəhudi Media Mərkəzi

Siyasi ekspert, Politoloq: Rüstəm Tağızadə