25 Aprel 2024
Polis kuryeri təhqir etdi, döydü: "İstəyirsən qaç, güllələyəcəyəm"- VİDEO

Polis kuryeri təhqir etdi, döydü: "İstəyirsən qaç, güllələyəcəyəm"- VİDEO

08 İyun 2022
Baxış: 3340

Türkiyənin İzmir şəhərində motosikletçi yol polisi tərəfindən saxlanılarkən aralarında gərgin dialoq yaşanıb.

AJMEDİA.İNFO haberler.com-a istinadən xəbər verir ki, kuryerlə polis arasında yaranan gərginlik tezliklə mübahisəyə çevrilib. Kuryerdən sürücülük vəsiqəsini istəyən polis həmin şəxsin "Açarımı versən, sürücülük vəsiqəmi də verəcəm. Narahat olma qaçmayacağam" deməsindən sonra əsəbiləşib.

Polis kuryerə "İstəsən qaçmağa çalış, güllələyəcəm" dedikdə həmin anlar mobil telefonla lentə alınıb. Video tez bir zamanda sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

(milli.az)