20 Aprel 2024
“Pegasus” Makronu qorxuya saldı - Telefonunu və nömrəsini DƏYİŞDİRDİ

“Pegasus” Makronu qorxuya saldı - Telefonunu və nömrəsini DƏYİŞDİRDİ

23 İyul 2021
Baxış: 615

Fransa Prezidenti Emmanuel Makron “Pegasus” casus proqramı ilə telefonunun dinlənilməsi iddialarından sonra mobil telefonunu və nömrəsini dəyişdirib.

AJMEDİA.İNFO 7Times.az-a istinadən xəbər verir ki, Makronun özünə məxsus dörd telefondan hansının istifadəsini dayandırdığı açıqlanmayıb.

Bildirilib ki, Makronun telefonunun dinlənilib-dinlənilmədiyini müəyyən etmək üçün araşdırmalar hələ davam edir və təhlükəsizlik protokolları gücləndirilib.

Xatırladaq ki, müxtəlif ölkələrin 17 KİV-nin və Fransada yerləşən “Forbidden Stories” qeyri-hökumət təşkilatının yaydığı araşdırmaya əsasən, bütün dünya üzrə çox sayda ölkələr 50 mindən çox insanı izləyə bilib.

Sözügedən izlənmə üçün isə “NSO” adlı İsrail şirkətinin yaratmış olduğu “Pegasus” casus proqramından istifadə olunub. Bildirilir ki, telefon danışığı dinlənilən şəxslər arasında Fransa Prezidenti Emmanuel Makron da olub.