29 Mart 2024
Paşinyandan Naxçıvana dəmir yolu xəttinin inşası ilə bağlı AÇIQLAMA

Paşinyandan Naxçıvana dəmir yolu xəttinin inşası ilə bağlı AÇIQLAMA

16 Dekabr 2021
Baxış: 484

"Azərbaycanla dəmir yolunun tikintisi ilə bağlı əldə olunan razılaşmalar regionda siyasi, iqtisadi mühiti, eləcə də təhlükəsizlik mühitini dəyişəcək".


AJMEDİA.İNFO "sputnik armenia"ya istinadla xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.


Bundan əvvəl Paşinyan bildirib ki, İlham Əliyevlə Brüsseldə keçirilən görüşdə Arazdəyən(Yerasx)-Culfa-Ordubad-Meğri-Horadiz dəmir yolunun tikintisi ilə bağlı razılıq əldə olunub.


“Azərbaycanla sazişi qiymətləndirməmək olmaz. Bu, mühüm sazişdir və ümid edirəm ki, biz onu dəqiqliklə həyata keçirəcəyik. Bu, regionda iqtisadi, siyasi mühiti, eləcə də təhlükəsizlik mühitini dəyişəcək mühüm layihədir”.


Paşinyan dəmir yolunun keçdiyi ölkələrin yurisdiksiyasına və suverenliyinə qarşılıqlı hörmətlə yanaşılmaqla, tanınmış sərhəd və gömrük qanunları əsasında fəaliyyət göstərəcəyini vurğulayıb. Bundan başqa, Türkiyə ilə sərhədlərin və kommunikasiyaların açılmasında razılaşmaq olarsa, Gümrü-Qars dəmir yolu da işləyəcək.


İlham Əliyevlə həmçinin ikitərəfli gündəlikdəki məsələlər üzrə təmasların davam etdirilməsi barədə də razılıq əldə olunub.


Onun sözlərinə görə, tərəflər ümumi yanaşma və baxış nöqtələrini formalaşdırmağa, eyni zamanda fikir ayrılıqlarını aradan qaldırmağa çalışacaqlar.


Qeyd edək ki, dekabrın 14-ü Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığının VI Sammiti çərçivəsində Aİ Şurasının sədri Şarl Mişelin iştirakı ilə İlham Əliyev və Nikol Paşinyan arasında görüş keçirilib.