28 Mart 2024
Paşinyandan kritik “Zəngəzur dəhlizi”  AÇIQLAMASI: "Artıq razılığa gəlmişik ki…"

Paşinyandan kritik “Zəngəzur dəhlizi” AÇIQLAMASI: "Artıq razılığa gəlmişik ki…"

03 Fevral 2022
Baxış: 3133

Artıq Ermənistan tərəfi Arazdəyəndən Horadizə dəmir yolunun (Arazdəyən-Culfa-Ordubad-Meğri-Horadiz - "Zəngəzur dəhlizi") çəkilməsinin praktiki məsələlərini müzakirə edir.

AJMEDİA.İNFO xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan Ermənistan hökumətinin iclasında deyib.


O xatırladıb ki, Rusiya baş nazirinin müavini Aleksey Overçuk və Rusiya Dəmir Yollarının rəhbəri Oleq Belozerov bir gün əvvəl İrəvana işgüzar səfərə gəliblər və Ermənistan baş nazirinin müavini Mher Qriqoryan onlarla görüşüb.


"Biz üçtərəfli qrupun işinin ilk nəticələrini elan etməyə yaxınıq. Artıq razılığa gəlmişik ki, dəmiryolunun hissələri keçdiyi ölkələrin qanunlarına uyğun fəaliyyət göstərsin", - Paşinyan deyib.


“İndi yolun texniki tapşırığı, onun layihələndirilməsi və tikintisinə başlanılması, eləcə də maliyyələşdirilməsi müzakirə olunur. Belə dinamika davam edərsə, yaxın vaxtlarda bu layihəni həyata keçirmək mümkün olacaq”, - Paşinyan əlavə edib.

O xatırladıb ki, dəmiryolunun Arazdəyən (ermənilər Yerasx deyirlər-red.) və Meğri tikinti sahələrinə baş nazirin müşaviri Artaşes Tumanyanın rəhbərlik etdiyi, konkret tikinti məsələlərini öyrənən işçi qrupunun mütəxəssisləri baş çəkiblər.