20 Aprel 2024
“Paşinyan hakimiyyəti ləyaqətlə getmək şansını əldən verdi”

“Paşinyan hakimiyyəti ləyaqətlə getmək şansını əldən verdi”

20 Oktyabr 2021
Baxış: 416

“Bu hakimiyyət xalqdan qorxur, ona görə də gizlənir, ondan aralı gəzir”.

Ermənistan Milli Elmlər Akademiyasının akademiki, sosioloq Gevorq Poqosyan “Ermənistanın səsi” qəzetinə müsahibəsində belə deyib.

Akademik Poqosyana görə erməni cəmiyyətində əhval əlbəttə, dəyişir və oktyabrın 17-də yerli idarəetmə orqanlarına keçirilən seçkilərin nəticələri də bunu sübut edir. Həmin seçkilərdə hakim partiya 9 yerli icmadan cəmi 3-də qalib gəlib.

“Aydındır ki, 3 il əvvəl hakimiyyətə gələn adamlar fəlakətli dərəcədə bacarıqsız, hazırlıqsız və qeyri-peşəkar çıxdılar. Ancaq sındırıb dağıtdılar. İnsanlar əvvəlcə məyus idilər, sonra hakimiyyətdən üz döndərməyə başladılar. 2018-ci ildə inqilabı alqışlayanlar bu gün dərin məyusluq içərisindədirlər. Onlar görürlər ki, reallıq gözlədiklərindən daha pisdir”, - erməni akademik bildirib.

“Əgər baxsaq ki, tarixdə baş verənlərdən hansı bu ölkədə baş verə bilər, o zaman bir neçə ssenari var. Onlardan biri hərbi çevrilişdir. Bir çox ölkələrdə hərbçilər görəndə ki, hakimiyyət ölkəni idarə edə bilmir, ölkə uçuruma gedir, hakimiyyəti öz əllərinə alırlar. Bu, “generalların hakimiyyəti” adlanır. İkinci ssenari yeni qəhrəmanın, yeni şəxslərin, məsuliyyəti üzərinə götürməyə hazır olan qüvvələrin gəlişidir. Yəni ya qəhrəmanın gəlişini, ya hərbi çevrilişi gözləmək lazımdır”, – Gevorq Poqosyan belə deyib.

Akademik hesab edir ki, ciddi siyasi qüvvələrdən heç kim Paşinyanla danışıqlar masası arxasına oturub milli barışıq haqda danışmayacaq və bu hakimiyyətin ölkədə milli barışıq yaradacağı utopiyadır.(Qafqazinfo.az)