24 Aprel 2024
Paşinyan geri addım atdı: " Azərbaycanla sülh danışıqlarına hazıram"

Paşinyan geri addım atdı: " Azərbaycanla sülh danışıqlarına hazıram"

22 İyul 2021
Baxış: 717

Ermənistanda baş nazir səlahiyətlərini icra edən Nikol Paşinyan ölkəsinin Azərbaycanla sülh danışıqlarına başlamağa hazır olduğunu təsdiqləyib.

AJMEDİA.İNFO aysor.am-a istinadən xəbər verir ki, bu barədə o, hökumətin iclasında bildirib.

“Sülh və sabitliyin alternativi yoxdur. Ermənistan hökuməti bölgə üçün dinc inkişaf dövrü açmaq vəzifəsini yerinə yetirməyə qərarlıdır”, - deyə Paşinyan vurğulayıb.