29 Mart 2024
Paşinyan etiraf etdi: " Ermənistan ərazisində 500 Azərbaycan hərbçisi var"

Paşinyan etiraf etdi: " Ermənistan ərazisində 500 Azərbaycan hərbçisi var"

20 May 2021
Baxış: 1045

Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycanla sərhəddə baş verənlər barədə yeni açıqlama verib.

AJMEDİA.info modern.az-a istinadən xəbər verir ki, Paşinyan bir qrup azərbaycanlı hərbçinin Ermənistan ərazisində yerləşdiyini vurğulayıb.

“Hazırda Sünik və Qeqarnukin istiqamətində vəziyyət stabil olsa da, təxminən 500 Azərbaycan hərbçisi Ermənistan ərazisindədir. Onlar fərqli istiqamətlərdə yerləşiblər”.

Paşinyan mübahisəli ərazi məsələsinin diplomatik yolla həll oluna biləcəyini söyləyib.