28 Mart 2024
“Paşinyan bununla müxalifətə deyir ki, məni çox sıxsanız, Azərbaycanla qeyd-şərtsiz…” - AÇIQLAMA

“Paşinyan bununla müxalifətə deyir ki, məni çox sıxsanız, Azərbaycanla qeyd-şərtsiz…” - AÇIQLAMA

11 May 2022
Baxış: 440

“Erməni cəmiyyətində, xüsusən də Ermənistanın özündə sülh məsələsinə ikili yanaşma var”.

AJMEDİA.İNFO xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Nadir Şəfiyev deyib.

O, erməni ziyalılarının Baş nazir Nikol Paşinyana göndərdiyi “Azərbaycanla heç bir “əmma” olmadan sülh müqaviləsi imzalanmalıdır” sətirli məktubuna münasibət bildirib.

N. Şəfiyevin sözlərinə görə, sözügedən məktub sadəcə Ermənistan cəmiyyətində gedən siyasi mübarizənin bir təzahürüdür:

“Yəni hərə öz mövqeyinin düzgün olduğunu əhaliyə, elektoratına çatdırmaq istəyir. Bu həm də müxalifətə bir mesajdır ki, bu cür təkliflər var, cəmiyyətdə belə bir istək mövcuddur və əgər məni çox sıxsanız, cəmiyyətin istəyi ilə Azərbaycanla qeyd-şərtsiz sülh imzalayaram.

Paşinyanın həyatına təhlükə varmı? Erməni cəmiyyətində öz mövqeləri ilə razı olmayan ermənilərə qarşı terror aktlarını tətbiq etmək təcrübəsi həmişə olub. 1999-cu ildə parlamentin güllələnməsindən tutmuş, digər siyasi liderlərə olan təzyiqlərə, hətta əhali arasında qırğınları da görümüşük.

Bu təhlükənin qarşısını almaq üçün Paşinyan lazımi tədbirləri görə biləcək, ya yox, bu, artıq Paşinyan və onun komandasının bacarığından asılıdır. Çünki kifayət qədər geniş imkanları, güc strukturları və s. var. Yəni bununla qarşısını alıb əhaliyə baş verən hadisənin mahiyyətini izah edə biləcəksə, heç bir problem olmayacaq. Yox, bunu izah edə bilməyəcəksə, siyasi lider kimi zəiflik, səriştəsizlik nümayiş etdirəcəksə, onda təbii olaraq ona qarşı hansısa cəhd olacaq”.

“Bu hadisələrə xarici qüvvələrin də təsiri var. Mən onları 3 yerə bölürəm: Rusiya, Qərb, digər bir tərəfdə isə İran və Türkiyənin təsiri.

Türkiyə öz bəyanatları və siyasi hərəkətləri, İran və Rusiya müdaxilə ilə, Qərb təklifləri və maddi dəstəyi ilə təsir göstərə bilir.

Hazırda İrəvanda vəziyyət kifayət qədər mürəkkəbdir. Ona görə də, daim diqqətli olmalı və hadisənin hər an dəyişməsinə hazır olmalıyıq. Çünki başqa əlacımız yoxdur”, – deyə müsahibimiz yekunlaşdırıb.