19 Aprel 2024
“Paşinyan bizə inanmırsa, qoy İlham Əliyevə inansın” - Seyran Ohanyan

“Paşinyan bizə inanmırsa, qoy İlham Əliyevə inansın” - Seyran Ohanyan

08 İyun 2021
Baxış: 598

“Sərhədi 3 ildə təchiz etmək və 27 ildə olduğu qədər qurmaq mümkün deyil”.

AJMEDİA.info konkret.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan jurnalistlərə verdiyi müsahibəsində deyib.

Ohanyan Paşinyan və komandasının “sabiqlər”in ünvanına səsləndirdiyi fikirlərə və ordunun silahlanmasının guya son 3 ildə gücləndiyi haqda iddialara cavab verib.

Ohanyan nazir olduğu dövrdə Paşinyanla danışıqlarından bir nümunə gətirib: “2016-cı ildə onun istəyi ilə Paşinyanı qəbul etdim. Mənim ofisimə gəldi və ön xəttin aprel döyüşlərindən sonra necə əvvəlkindən yaxşı təchiz olunduğunu soruşdu. Onun yanında müdafiə ordusunun komandirinə zəng etdim və tank əleyhinə istehkamın neçə kilometr olduğunu soruşdum. 483 km-dən yalnız 6.7 km yeni mövqe sahələri yenidən təchiz edilmişdi.

Bizə inanmırlarsa qoy baxsınlar, onların dostu Əliyev (Ali Baş Komandan İlham Əliyev Ağdamda olarkən etdiyi çıxışında cinayətkar Koçaryanın və sarkisyanın ordusunun darmadağın edildiyini bildirmişdi) nə deyir. “Ordu var idi və indi də var. Hakimiyyətdə olmasalar (Paşinyan və onun komandası nəzərdə tutulur), ordu daha sürətlə özünə gələcək –deyə Ohanyan vurğulayıb.