20 Aprel 2024
“Paris Sen-Jermen” klubu Pol Poqbanı transfer etmək niyyətindədir

“Paris Sen-Jermen” klubu Pol Poqbanı transfer etmək niyyətindədir

02 İyun 2020
Baxış: 423

Fransanın “Paris Sen-Jermen” futbol klubu İngiltərənin “Mançester Yunayted” komandasının yarımmüdafiəçisi Pol Poqbanı transfer etmək istəyir.

AJM xarici KİV-lərə istinadla xəbər verir ki, Paris təmsilçisi oyunçunun agenti ilə danışıqlara başlayıb.

İyirmi yeddi yaşlı futbolçunun daha öncə “Real Madrid” klubuna transfer olacağı deyilirdi. Madrid klubu Poqba üçün “Mançester Yunayted” komandasına 4 oyunçu təklif edib. Bununla yanaşı, fransalının sabiq komandası “Yuventus”a qayıtmaq ehtimalı var. Ancaq futbolçu “Paris Sen-Jermen”ə keçməyə daha yaxındır. Mənbənin bildirdiyinə görə paytaxt təmsilçisinin oyunçuya təklif etdiyi müqavilə şərtləri daha əlverişlidir.

Qeyd edək ki, Poqba cari mövsüm zədə səbəbindən “Mançester Yunayted”in heyətində 8 oyun keçirib.