29 Mart 2024
Pakistanda koronavirusa yoluxanların sayı 34 366 nəfərə çatıb

Pakistanda koronavirusa yoluxanların sayı 34 366 nəfərə çatıb

13 May 2020
Baxış: 433

Son 24 saat ərzində Pakistanda COVID-19 koronavirusuna yoluxanların sayı 2225 nəfər artaraq 34 366-ya çatıb.

AJM Pakistan mətbuatına istinadla xəbər verir ki, Sind əyalətində 12 610, Pəncabda 13 225, Xayber-Paxtunxvada 5021, Bəlucistanda 2158, İslamabadda 759 nəfər koronavirusa yoluxub.

Bildirilir ki, indiyədək ölkədə koronavirusdan 8 812 nəfər sağalıb, 737 nəfər ölüb. İndiyədək Pakistanda 296 734 test həyata keçirilib.