18 Aprel 2024
Pakistanda baş verən terror nəticəsində dörd hərbiçi həlak olub

Pakistanda baş verən terror nəticəsində dörd hərbiçi həlak olub

26 Sentyabr 2021
Baxış: 709

Pakistanın Bəlucistan əyalətində baş verən partlayış nəticəsində dörd hərbiçi həyatını itirib, ikisi isə yaralanıb.

AJM Pakistan mətbuatına istinadla xəbər verir ki, əyalətin Xarnay dairəsinin Safar-Baş rayonunda terrorçuların bomba yerləşdirdikləri maşın hərbçilərin üzərinə sürülüb.

Hadisəyə görə məsuliyyəti “Bəlucistanın azadlıq ordusu” terror təşkilatı öz üzərinə götürüb.

Terror aktına görə cinayət işi açılıb, istintaq aparılır.