23 Aprel 2024
Pakistan XİN-dən İsrailin sabiq müdafiə naziri Naftali Bennetə SƏRT ETİRAZ
Pakistan XİN-dən İsrailin sabiq müdafiə naziri Naftali Bennetə SƏRT ETİRAZ

Pakistan XİN-dən İsrailin sabiq müdafiə naziri Naftali Bennetə SƏRT ETİRAZ

03 İyun 2021
Baxış: 749

Pakistanın Xarici İşlər Nazirliyinin sözçüsü Zahid Hafiz Çudari İsrailin sabiq Müdafiə naziri Naftali Bennetə sərt etiraz edib.

AJMEDİA.info xəbər verir ki, buna səbəb Naftali Bennetin Pakistanın "Şifa" xəstəxanasını HƏMAS-ın bazası olaraq göstərməsi olub.

"Ümid edirik ki, Naftali Bennetin etdiyi ən yaxşı halda təsadüfi bir səhvdir, əksi halda isə bu qəsədən edilmiş bir hərəkətdir və bunu qətiyyən qəbul etmirik" - XİN sözçüsü bildirib.

Qeyd edək ki, sağçı yəhudi siyasətçi Naftali Bennet 20 Mayda İslamabaddakı "Şifa" Xəstəxanasının səhvən “Qəzzadakı ən böyük tibb kompleksi” və Həmas qərargahı olaraq göstərildiyi bir video paylaşmışdı.