23 Aprel 2024
Ordumuz Qarabağda antiterror əməliyyatı həyata keçirməlidir

Ordumuz Qarabağda antiterror əməliyyatı həyata keçirməlidir

18 İyul 2021
Baxış: 2590

Son günlər Ermənistan Qarabağda rus sülməramlılarının nəzarət zonasından mövqelərimizi intensiv şəkildə atəşə tutur. İlk növbədə Ağdam rayonunu atəşə tutuldu. Bununla ermənilər Ağdamda gedən yenidənqurma işlərinə mane olduqlarını göstərdilər. Daha sonra Azərabycanda fəaliyyətdə olan səfirliklərin Şuşa şəhərinə səfəri ilə ermənilər bir daha atəşkəsi pozdular. Görünən odur ki, Şuşanın, Kəlbəcərin atəşə tutulması rus sülhməramlılarının işinə yarayır.Bölgədə sabitliyi pozan erməni birləşmələri həmişəki kimi öz havadarlarına arxalanır.

İyul ayının 7-sində Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonasının yaradılması haqqında Prezident İlham Əliyev fərman imzaladı. İyul ayının 7-sində fərmanın imzalanması təsadüfü deyildir. Çünki 1923-cü il iyul ayının 7-sində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdı. Bu fərmanın imzalanması ilə artıq ermənilərin xəyal qurduqları muxtariyyət məsələsinin üstündən dövlət başçısı xətt çəkmiş oldu. Xankəndi şəhəri Qarabağ iqtisadi zonasının mərkəzi oldu. Bu həm ermənilərə.həm də rus sülhməramlılarına tutarlı cavab oldu.

Son günlərin fonunda Azərbaycan nə etməlidir?

İkinci Qarabağ müharibəsindən Azərbaycan qalibiliyyətlə çıxdı. Noyabrın 10-da imzalanmış atəşkəs haqqında bəyanatının məntiqi davamı olaraq Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmalıdır. Ermənistan siyasi elitası isə sülh çağırışları etmək əvəzinə avantürüst addımlar ataraq vəziyyəti kəskinləşdirməklə məşğuldurlar. Münaqişənin tam bitməsi üçün:

1.Azərbaycan ordusu Erməni hərbi birləşmələri olan ərazilərə daxil olmalıdır.

2. Qarabağdakı erməni separatçıları tərksilah olmalıdır.

3. Laçın dəhlizinə Azərbaycan ordusu nəzarət etməlidir

4.Xankəndidə, Xocalıda, Xocavənddə yaşayan ermənilər Azərbaycan Respublikasının Konstitusiyasına tabe olmalı və vətəndaşlığı qəbul etməlidir.

Sadalanan bu proseslərdən sonra Ermənistanla sülh müqaviləsi imzalanmalıdır. Müharibədən qalib çıxan Azərbaycan diktə edən tərəfdir. Siyasi gərginlik yaradan Ermənistan isə sülh müqaviləsini imzalamağa tələsməlidir.


Azərbaycan Yəhudi Media Mərkəzinin

Siyasi ekspert, Politoloq: Rüstəm Tağızadə