19 Aprel 2024
“Onu öldürəcəyəm" - Partiya sədri Əli Əliyevin oğulluğundan SENSASİON AÇIQLAMA

“Onu öldürəcəyəm" - Partiya sədri Əli Əliyevin oğulluğundan SENSASİON AÇIQLAMA

16 İyun 2022
Baxış: 684

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin oğulluğu Kamran Cəfərov özünün "Facebook" səhifəsində atalığı haqda sensasion hesab olunacaq iddialarla çıxış edib.

AJMEDİA.İNFO-nun məlumatına görə, K.Cəfərov qeyd edib ki, belə bir açıqlama ilə çıxış etmək onun üçün çətindir:

“Ona görə ki, bu, mənim qan sızan yaramdır və keçmişi xatırlamaq dərin yaraya düz səpmək kimidir. Amma həqiqətləri deməyin vaxtı çatıb. Əli Əliyev həbsxanadan yazdığı məktubda “əxlaq”, “əxlaq kodeksi” ifadələrini işlədib. Əxlaqdan danışacaq son insan bu gün “əxlaq dərsi” keçməyə çalışır. Keçə bilərmi? Bunun cavabını keçmişdə axtarmaq lazımdır…”

VİP sədrinin oğulluğu daha sonra fikirlərini belə davam etdirir:

“Yəqin İlham Əliyevlə qohumluq əlaqələrimin olması heç kim üçün sirr deyil. Babam, Əziz Əliyevin bibisi nəvəsi idi. Mərhumların arasında çox isti münasibətlər vardı. Amma Əli Əliyevin atalığım olduğunu bilmirdiniz. Bu mənim üçün çox ağır həqiqətdir, 22 il davam edən ailəmin faciəsidir, babamın barışmadığı, buna görə qısa zaman ərzində 2 dəfə infarkt keçirdiyi və nəticədə rəhmətə getdiyi həqiqətdir.

Mediada Əli Əliyev haqqında açıqlanan bir məqalədə vaxtında yaxın münasibətdə olan şəxs onu əməllərinə görə sorğulayarkən cavabından sitat gətirib: “Mən varlanandan sonra hər kəs hər şeyi unudacaq”. Bu həqiqətdir! Ailəmizə gəlməyinin məqsədi bu idi. Hakim ailə ilə qohum olmaq, toxunulmazlıq, maddi imtiyazlar…

Və buna nail olmaq üçün Əli yolunda duran hər şeyi, hər kəsi məhv edirdi, istədiyinə də nail oldu. Heç bir əxlaqsızlıqdan, şərəfsizlikdən çəkinmirdi. Bununla fəxr edirdi. Üzümə “babanı mən qəbrə göndərmişəm” deyərək gülürdü”.

Kamran Cəfərov əlavə edib ki, Əli Əliyevin yolunda tək bir şəxs qalmışdı:

“O bacardığını edirdi ki, məni “aradan götürsün” və nisbətən məqsədinə çatdı. Hansi şərəfsizliklərə və əxlaqsızlıqlara əl atdığını təsəvvür etmirsiniz. Fiziki zərər və həbsdən (bunları istəsə də sadəcə bacarmadı) başqa mənə bütün zərbələri vurdu, məni canlı meyitə çevirdi. Mən artıq elə çətin duruma düşmüşdüm ki, göz görə-görə əriyirdim.

Sözün əsl mənasında ölürdüm və Əli məndən əl çəkmişdi. O sadəcə ölümümü gözləyirdi. Gördüyünüz kimi hesablamaları yanlış idi. Ayağda qalmaq üçün özümdə güc tapa bildim. Bir zamanlar məndən özünü çox güclü qoruyurdu, qorxurdu ki, onu öldürə bilərəm. Həqiqətləri açıqlamaqla Əlini mənəvi öldürəcəm. Əli Əliyev özünü bu gündən qoruyurdu, bacarmadı, bacarmayacaq da”.