20 Aprel 2024
Onlar Ermənistanın törətdiyi Gəncə terrorunda valideynlərini itirdilər - FOTOLAR

Onlar Ermənistanın törətdiyi Gəncə terrorunda valideynlərini itirdilər - FOTOLAR

11 Oktyabr 2021
Baxış: 590

Xəbər verdiyimiz kimi, Vətən müharibəsi zamanı Gəncənin Ermənistan tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından bir il ötür.

AJMEDİA.İNFO xatırladır ki, düşmənin çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində dördü qadın olmaqla 10 nəfər şəhid olub, 34 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Erməni terroru nəticəsində 16 yaşlı Sevil və qardaşı 8 yaşlı Hüseyn valideynləri Anar Əliyev və Nurçin Əliyevanı itirib.

Həmçinin körpə Nilay üç doğmasını itirib. Onun atası Adil Əliyev, anası Günay Əliyeva, nənəsi Afaq Əliyeva erməni terrorunun qurbanı olub.

Nilayın Gəncə qətliamında həlak olmuş valideynləri

(qafqazinfo)