24 Aprel 2024
On birinci mərtəbədən düşərək həlak olan ginekoloqun qardaşı: “Əlimdə videofaktlar var”

On birinci mərtəbədən düşərək həlak olan ginekoloqun qardaşı: “Əlimdə videofaktlar var”

29 İyun 2022
Baxış: 509

“İki variant var: Ya intihara məcbur edilib, ya da atılıb. Evdə uşaqları, yoldaşı və özü olub. Ailə münaqişələri olub, yaxın zamanlarda boşanmaq üçün vəkil də tutulmuşdu. Hazırda istintaq gedir. Bacım Xalidənin əri ona öz şəklini atıb ki, gəl, səni gözləyirəm. Həmin adam daim içirdi”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu tanınmış ginekoloq-həkim Xalidə Kəngərlinin intiharının səbəbləri ilə bağlı qardaşı Elçin Vəliyev “Cebhe.info”ya açıqlamasında deyib.

Mərhumun qardaşı hələlik bacısının həyat yoldaşı və ailəsinin ortalıqda görünmədiklərini bildirib. Elçin Vəliyev hadisədən sonra qardaşı ilə birgə kürəkənini döyməkləri barədə yayılan xəbərləri təkzib edib:

“Hamısı yalandır. Qardaşım o vaxt affekt vəziyyətdə olub. Bu söz-söhbətlər şərdir. İstintaq, ekspertizanın rəyi olmadan bəzi saytlar paylaşdılar ki, Xalidə intihar edib”.

Elçin Vəliyev bildirib ki, ekspertizadan alınan ilkin məlumata görə, bacısı əvvəldən incidilib, intihara sövq edilib:

“Xalidənin bədənində xəsarət izləri var idi. Əlimdə videofaktlar da var, hamısı istintaqa təqdim ediləcək”.