20 Aprel 2024
Ölkədə peyvənd olunanların sayı açıqlandı

Ölkədə peyvənd olunanların sayı açıqlandı

12 May 2021
Baxış: 461

Azərbaycanda bu gün 21 604 nəfər vaksinasiya olunub.

AJMEDİA.info xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 008, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16 596 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1 727 510, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 014 495, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 713 015 nəfər təşkil edir.