25 Aprel 2024
Olimpiadalarda ikinci cüdoçu rəqibinin İsrailli olduğundan geri çəkildi

Olimpiadalarda ikinci cüdoçu rəqibinin İsrailli olduğundan geri çəkildi

26 İyul 2021
Baxış: 750

Sudanlı cüdoçu Mohamed Abdalrasul, rəqibi İsrail Tohar Butbul olduğunu öyrəndikdən sonra Tokio Olimpiadasında iştirak etməkdən imtina edib.

Bu barədə BOK-un mətbuat xidməti məlumat verib.

Abdalrasul 73 kq-a qədər çəki dərəcəsində yarışmalı idi. O, İsrailli rəqibinə görə oyunlarda iştirak etməkdən imtina edən ikinci cüdoçu olub.

Birincisi Əlcəzairli Fəthi Nurin olub. İdmançı və məşqçisi İsrail rəqibi ilə döyüşdə iştirak etməyi rədd etdiyi üçün cəzalandırılıblar.