20 Aprel 2024
"OBA Market"lə bağlı QƏRAR VERİLDİ

"OBA Market"lə bağlı QƏRAR VERİLDİ

21 May 2022
Baxış: 530

Sabunçu Rayon Məhkəməsində "OBA Market" MMC barəsində tərtib edilən cərimə protokoluna baxılıb.

AJMEDİA.İNFO xəbər verir ki, hakim Anar Rzayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şirkətin barəsində inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Qeyd: "OBA Market" MMC barəsində Fövqəladə Hallar Nazirliyi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokollar tərtib edilib. Daha sonra protokol baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.