29 Mart 2024
O “İlin ən yaxşı müəllimi” adına layiq görülmüşdür

O “İlin ən yaxşı müəllimi” adına layiq görülmüşdür

14 Mart 2021
Baxış: 1884

Bu gün böyük kədərlə xatırladığımız, yoxluğu əzizlərinin qəlbində dərin iz buraxan Xətai rayonu 56 nömrəli məktəbin direktoru Hicran xanım Qarabəylinin 64 yaşı tamam olur. Həyatını həm övladlarına, həm də pedaqoji və elmi fəaliyyətə həsr edən Hicran xanım “Azərbaycan dilinin nitq etiketləri” mövzusunda kitab və elmi monoqrafiyaların müəllifidir. 1998-ci ildə “İlin ən yaxşı müəllimi” adına layiq görülmüşdür. Rəhbərlik etdiyi məktəb 2009-2010-cu tədris ilində “50 ən yaxşı ümumtəhsil məktəbi”ndən biri olmuşdur.

Yüzlərlə şagirdin şəxsiyyət kimi yetişməsində əvəzsiz rolu olan Hicran xanımın əziz xatirəsi heç vaxt unudulmayacaq. Mediamız adından Hicran xanımı dərin ehtiramla anırıq.