29 Mart 2024
"O görüntülərdən sonra Azərbaycan Ordusu düşməni həmin ərazidən çıxarıb" - VİDEO

"O görüntülərdən sonra Azərbaycan Ordusu düşməni həmin ərazidən çıxarıb" - VİDEO

26 May 2021
Baxış: 727

Ermənistan kütləvi informasiya vasitələrində məqsədyönlü və təxribat məqsədilə yayılan video bir neçə gün əvvəl Ermənistan-Azərbaycan dövlət sərhədinin Zəngəzur istiqamətində Laçın rayonu sahəsində qeydə alınıb.

Sosial şəbəkələrdə erməni tərəfinin yaydığı video ilə bağlı etibarlı hərbi mənbələrdən AJMEDİA.info-ya bildirilib ki, sözügedən hadisədən dərhal sonra Ordumuzun bölmələrinin gördüyü adekvat və qəti tədbirlər nəticəsində düşmən həmin ərazidən çıxarılıb:

"Eyni zamanda hərbi qulluqçularımız daha əlverişli ərazilərdəki bir neçə mövqedə də möhkəmlənərək ərazini nəzarətə götürüb".

Qeyd edək ki, ermənilər tərəfindən məqsədyönlü və təxribat məqsədilə yayılan görüntülərdə əsgərimizlə qarşıdurma yer alıb.