23 Aprel 2024
Nəsimi Əbilov: Qarabag, bölgə ölkələri arasında əməkdaşlıq üçün yeni imkanlar açır

Nəsimi Əbilov: Qarabag, bölgə ölkələri arasında əməkdaşlıq üçün yeni imkanlar açır

19 Yanvar 2021
Baxış: 4276

Artıq Azərbaycan yeni bir dövrə qədəm qoyur və 2021-ci ili Qarabağdakı azad edilmiş ərazilərdə bərpa işləri ilə qeyd etmək olar. Bunu ajmedia.info xəbər portalina "Azərbaycan Yəhudi Media Mərkəzi"nin direktoru Nəsimi Əbilov bildirib. Dövlət artıq müvafiq sosial-iqtisadi konsepsiya hazırlamışdır. Bura, Qarabağda yenidənqurma işləri üçün dost ölkələrin şirkətlərinində qoşulması bir uğurdur.

İlk müqavilələr, gözlənildiyi kimi, Türkiyə ilə imzalanıb. Xüsusilə bu ölkədən olan şirkətlər Şuşaya gedən avtomobil yolunun tikintisində və bir sıra quruculuq işlərində iştirak edirlər. İtaliyanın Ansaldo Energia şirkəti ilə Qarabağda enerji infrastrukturu yaratmaq üçün müqavilə imzalanıb. Amma bütün bunlara baxmayaraq Azərbaycan bərpa işlərini öz vəsaiti hesabına maliyyələşdirmək niyyətindədir. Aydındır ki, ölkə böyük problemlərlə qarşılaşmayacaq.

İnkişaf etməyə başlayan layihələr var - turizm, sənaye, o cümlədən xarici kapitallı aktivlərin inkişafı. Su elektrik stansiyalarının inşası və su elektrik stansiyalarının bərpası vacib və zəruridir, bu elektrik enerjisi ixracı üçün yeni əlavə mənbələr təmin edəcəkdir. Mədənçıxarma sənayesi və "keyfiyyətli mineral ehtiyatlar" üçün ixrac imkanları genişləndiriləcək və s. Bütün bunlar ölkənin inkişafına imkan verəcək.

Analitiklərə görə, müharibənin nəticələri bölgədə yeni geosiyasi reallıqların ortaya çıxmasına səbəb oldu. Bunlar bölgə ölkələri arasında əməkdaşlıq üçün yeni imkanlar açır, eyni zamanda mal mübadiləsi, ticarətin inkişafı və bölgələrarası layihələrin həyata keçirilməsində maraqlı olan digər oyunçuların cəlb olunmasına imkan yaradır.


Sevinc Əzimova