26 Aprel 2024
Nazirlik AZAL-ın tenderlərini LƏĞV ETDİ

Nazirlik AZAL-ın tenderlərini LƏĞV ETDİ

21 May 2022
Baxış: 635

“Azərbaycan Hava Yolları” QSC (AZAL) tərəfindən elan edilmiş kotirovka sorğuları ləğv edilib.

AJMEDİA.İNFO xəbər verir ki, sorğular İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəyinə əsasən ləğv edilib.

Qeyd edək ki, sözügedən kotirovka sorğuları AZAL tərəfindən 11 ay ərzində bir sıra internet saytlarında reklamın yerləşdirilməsi xidmətinin satınalınması məqsədilə www.etender.gov.az internet saytında 31.03.2022-ci il tarixində elan edilmişdi.