20 Aprel 2024
Naxçıvanın deputatları bəlli oldu - SİYAHI

Naxçıvanın deputatları bəlli oldu - SİYAHI

23 Fevral 2020
Baxış: 330

Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası muxtar respublikada Ali Məclisə seçkilər üzrə yaradılmış 45 seçki dairəsi üzrə 9 fevral 2020-ci il tarixdə keçirilmiş seçkilərin nəticələrinə dair həmin dairə seçki komissiyalarından daxil olmuş protokolları, onlara əlavə edilmiş sənədlərlə birlikdə yoxlayıb Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 16-cı və “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununun 93.2-ci maddələrinə uyğun olaraq Ali Məclisə seçkilərin ümumi yekunları haqqında Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının protokolunu və müvafiq Qərarını tərtib edərək 17 fevral 2020-ci il tarixdə, dairə və məntəqə seçki komissiyalarının protokolları ilə birlikdə seçkilərin yekunlarının yoxlanılıb təsdiq edilməsi üçün Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə təqdim ­edib.

Bu barədə Metbuat.az-a Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasından məlumata verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Rəyasət Heyətinin 2020-ci il 22 fevral tarixli Qərarına əsasən seçkilərin yekunları, bütövlükdə, təsdiq edildiyindən adları aşağıda qeyd olunan deputatlığa namizədlər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilmiş hesab olunublar.

Teqlər: