18 Aprel 2024
"Naxçıvana bilet tapılmır, sadəcə ayıb olsun!" - Millət vəkili ƏSƏBİLƏŞDİ

"Naxçıvana bilet tapılmır, sadəcə ayıb olsun!" - Millət vəkili ƏSƏBİLƏŞDİ

15 İyun 2022
Baxış: 401

"Naxçıvana təyyarəyə bilet tapılmır. Onlarla adam zəng edib köməklik istəyir. Əməlli-başlı dərəbəylikdir".

AJMEDİA.İNFO xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa bildirib.

"Biriləri kimsənin rəyini soruşmadan bilet qiymətini qaldırır, biriləri təyyarə sayını qəsdən artırmır ki, Türkiyəyə biletlərin bahalığına görə Naxçıvan üzərindən gedilməsin, əvəzində isə yoxsul Naxçıvan camaatı zülm çəkir. Üstəlik əldə etdiyim məlumata görə bu biletlər gizli şəkildə məlum turizm şırkətlərinə satılır. Nə veclərinə, əhali əziyyət çəksin, turizm şirkətləri qazansın. Günlərlə kassa qarşısında növbəyə durub 20 gün sonraya belə bilet tapa bilməyən insanların halına acıyan bir səlahiyyətli şəxs varmı? Sadəcə ayıb olsun, ar olsun deyirəm, onsuz da otuz ildir blokadanın əziyyətini çəkir Naxçıvan camaatı, erməninin verdiyi əziyyət yetərli deyilmi? Təcili əlavə təyyarələr ayırın, bu məsələni dərhal həll edin. Sabah Milli Məclisdə sözümü bu mövzuda deyəcəyəm", - deyə millət vəkili qeyd edib.