29 Mart 2024
NATO-nun baş katibi: “Azərbaycanla Ermənistan arasında münasibətlərinin normallaşmasını dəstəkləyirik”

NATO-nun baş katibi: “Azərbaycanla Ermənistan arasında münasibətlərinin normallaşmasını dəstəkləyirik”

14 Dekabr 2021
Baxış: 2617

“NATO - Azərbaycan əməkdaşlığının uzun illərə əsaslanan tarixi var. Bizim Prezident İlham Əliyevlə konstruktiv danışıqlarımız oldu”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycan - NATO münasibətləri bir çox sahələri – enerji təhlükəsizliyindən tutmuş digər sahələri əhatə edir.

Baş katib Azərbaycanın NATO-nun Əfqanıstandakı fəaliyyətinə dəstəyini də xatırladıb.

Yens Stoltenberq qeyd edib ki, NATO Azərbaycanla Ermənistan arasındakı münasibətlərin normallaşmasını dəstəkləyir.

“Cənubi Qafqazda sülh və təhlükəsizlik hamımız üçün vacibdir. Biz Azərbaycanla Ermənistan arasındakı münasibətlərin normallaşmasını dəstəkləyirik”, - deyə o əlavə edib.