19 Aprel 2024
“NATO ilə Rusiya arasında müharibə ehtimalı artır" - Medvedevdən ŞOK AÇIQLAMA

“NATO ilə Rusiya arasında müharibə ehtimalı artır" - Medvedevdən ŞOK AÇIQLAMA

12 May 2022
Baxış: 397

Rusiya Təhlükəsizlik Şurasının rəhbərinin müavini Dmitri Medvedev NATO ilə Rusiya arasında potensial münaqişə ehtimalının artdığını bildirib.

AJMEDİA.İNFO xəbər verir ki, o bu barədə “Telegram” kanalında qeyd edib.

“Ukraynanı silahla təmin etmək bu ehtimalı artırır. Bu da nüvə müharibəsinə çevrilə bilər. Bu isə hamı üçün fəlakətli ssenaridir. NATO ölkələrinin Ukraynanı silahla doldurması, onun qoşunlarının Qərb texnikasından istifadəyə öyrədilməsi, muzdluların göndərilməsi və alyans ölkələrinin bizim sərhədlərimizə yaxın təlimlər keçirməsi NATO ilə birbaşa və açıq münaqişə ehtimalını artırır”, - deyən Medvedev vurğulayıb ki, xarici analitiklərin NATO-nun Rusiya ilə müharibəsilə bağlı bitib-tükənməyən söhbətləri səngimək bilmir.