29 Mart 2024
Müsəlmanlar Məhəmməd Salahı yıxıb-sürüdü: "Bu, haramdır" - FOTO

Müsəlmanlar Məhəmməd Salahı yıxıb-sürüdü: "Bu, haramdır" - FOTO

28 Dekabr 2021
Baxış: 763

“Liverpul”un ulduz hücumçusu Məhəmməd Salah azarkeşlərin qəzəbinə tuş gəlib.

AJMEDİA.İNFO Fanat.az-a istinadən xəbər verir ki, müsəlman futbolçunun Milad bayramı ərəfəsində şam ağacının fonunda paylaşdığı foto İslan dünyasında birmənalı qarşılanmayıb.

Salahın “İnstagram” hesabında paylaşdığı fotoya müsəlman azarkeşlər “Bu, haramdır, Salah!”, “Görən kimi səhifənə abunəliyimi dərhal ləğv etdim”, “Günahkar rejimi aktivdir”, “Bundan sonra sən hələ də ərəblərin fəxrisən?”, “Salah, bu qəbuledilməzdir, sənin Ramazan və Eid (Qurban) kimi bayramların var” kimi şərhlər yazıblar.