02 May 2024
Müsavat sözçüsündən Kəramət Böyükçölə SƏRT SÖZLƏR: “Atana ev veriləndə demişdin ki…”

Müsavat sözçüsündən Kəramət Böyükçölə SƏRT SÖZLƏR: “Atana ev veriləndə demişdin ki…”

19 Aprel 2024
Baxış: 306

Müsavat Partiyası mətbuat xidmətinin rəhbəri, Müsavat Partiyasının başqanının qardaşı Mustafa Hacıbəyli yazıçı Kəramət Böyükçölü hədəf alan yazı paylaşıb.

AJMEDİA.İNFO həmin yazını təqdim edir:

Kəramət Böyükçölün atasına mənzil veriləndə, demişdi ki, mənə atama görə hücum etməyin. Amma özü artiq neçənci dəfədir ki, Arif Hacılının, İsa Qəmbərin ailə üzvlərinin adını ortaya atır. Məsələn, bir neçə ay əvvəl İlham Əliyevi tərifləyən status yazmışdı, orada dəxli olmayan yerdə İsa Qəmbərə ilişmişdi… Mədh edirsən, elə də, vaxtıyla AzTV-nin zəhmətkeşi olmusan, indi zəhmətkeşliyi daha üstü-örtülü şəkildə edirsən, elə də, daha kiminsə ailə üzvünün adını niyə hallandırırsan?! Bunu niyə, kimin üçün edirsən?

İndi də Arif Hacılının oğlunun adını hallandırır. Düşmənçilik edirsən, mənimlə elə, Arif Hacılı ilə elə, oğlu ilə nə işin var axı? Yazıb “noldu ki, bu boyda siyasi məhbusların olduğu ölkədə təkcə Arif bəyin oğlu azadlığa çıxdı?… Öz də Müsavat Partiyasının prezident seçkilərini boykot elədiyi günün səhərisi”.

Arif Hacılının oğlu adi yol qəzasına görə qanunsuz tutulmuşdu və biz bunun qanunsuz olduğunu bəyan etmişdik. Məhkəməyə şikayət vermişdik. Polis səni “dana-boyun” edib narko-dispanserə soxanda, səsini çıxarmağa, etiraz bildirməyə, şikayət etməyə cəsarətin çatmadı. İndi sən kimə prinsipiallıq dərsi keçirsən?!

Etibar Salmanlı. Paytaxtımızın ən nümunəvi sakini » Yarpaq.az

Azərbaycanda hər zaman qanunsuz həbslər də olub, həbs edilənlərin sonra buraxılması da. Məsələn, son repressiya dalğasında dostum Rüfət Muradlı da absurd ittihamla bir müddət həbsdə saxlanandan sonra azadlığa buraxıldı. Son aylarda başqa jurnalistlər arasında da bir neçə saat qanunsuz saxlandıqdan sonra sərbəst buraxılanlar olub. Amma sərbəst buraxılanlar da, buraxılmayanlar da ortaya kişi kimi mövqe qoyublar, sənin kimi susmayıblar.

Kəramət Böyükçöl, seçkidə iştirakdan imtina qərarının Orxan Hacılıya heç bir dəxli yox idi. Sənin guya dostluq elədiyin adamların partiyası bu qərarı vermişdi, özü də adətən boykot edir və bunu qəhrəmanlıq sayır. Müsavat Partiyası bundan əvvəl də bəzi seçkiləri, məsələn, 2018-ci ilin prezident seçkilərini boykot etmişdi, bunun Arif Hacılının oğluna nə dəxli var axı?

Yazdığım kommenti diqqətlə oxu, yazmamışam ki, Kəramət Böyükçölün nə məzhəbə xidmət etdiyini bilmirəm. Yazmışam ki, nə məzhəbə xidmət etdiyini özü bilir, çoxları bilmir.

Deyir ki, “Yazıçı adamam, kitab yazıram, sonra da kitablarımı satıram. Bəs siz nə satırsınız? Nə məzhəbə xidmət edirsiz?”

Kəramət Böyükçöl, sən hələ mətni düzgün oxumağı öyrənməmisən, nəinki yazmaq. Mənim əlyazmalarım sənin cızmaqaralarından qat-qat samballıdır, sadəcə sənin kimi, adına “kitab” qoyub dərc etdirmək dərəcəsində üzlü deyiləm. Yazıçılar kitabı belə satırlar? Bakıda dilənən qaraçılar sənin kitab satmaq fərasətinə məəttəl qalıblar.

Rəsulzadənin partiyası haqqında dediyin o tərbiyəsiz ifadəni özünə qaytarıram… Sənə möhür olası bir cümlə var, demişdim yazacam, sadəcə tərbiyəm imkan vermir…

Bütün məhrumiyyətlərə və haqsızlıqlara baxmayaraq, biz Rəsulzadənin partiyasını qoruyuruq. Gerçək və şəffaf seçki keçiririk. Müsavatı sənin də vaxtaşırı olaraq mədh elədiyin rejimin əlinə keçməsinə imkan vermirik, çarpaz hücumlara rəğmən demokratik prosedurlara, Nizamnaməyə tam əməl edirik. Edəcəyik!