19 Aprel 2024
"Münaqişə uzun və qanlı olacaq" - Ukrayna rəsmisi

"Münaqişə uzun və qanlı olacaq" - Ukrayna rəsmisi

04 May 2022
Baxış: 449

Rusiya Ukrayna Silahlı Qüvvələrinin Qərb silahlarını lazımi miqdarda toplamasının qarşısını almaq üçün onları tükəndirməyə çalışır.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Ukrayna Prezident aparatının rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.

“Bu, əks-hücum üçün qüvvə toplamağımıza mane olur. Müharibənin əvvəlində olduğu kimi heç bir təhlükə olmayacaq. Ancaq uzun müddət mübarizə aparmalı və bütün bu hücumları dayandırmalısınız”, - Arestoviç söyləyib.

Arestoviç qeyd edib ki, Rusiyanın bu planı həyata keçirəcəyini düşünmür:

“İnanıram ki, ABŞ-dan kredit-icarə Rusiyanın cəhdlərini məğlub edəcək. Ancaq bu, şübhəsiz ki, aylarla davam edə bilər, ona görə də münaqişənin uzun və qanlı olacağına köklənmək lazımdır”.