19 Aprel 2024
Müğənni Manafla birgə Füzuliyə qanunsuz səfər edən, “AA” seriyalı maşını sürən kimdir? - VİDEO

Müğənni Manafla birgə Füzuliyə qanunsuz səfər edən, “AA” seriyalı maşını sürən kimdir? - VİDEO

18 Fevral 2022
Baxış: 687

Müğənni Manaf Ağayev Füzuli rayonuna qanunsuz səfər edib və bu səbəbdən saxlanılıb.

AJMEDİA.İNFO xəbər verir ki, ifaçının səfərlə bağlı çəkdirdiyi video da sosial şəbəkələrdə geniş rezonans yaradıb.

Sözügedən videoda müğənninin avtomobilinin yanında görünən 10-AA-307 dövlət nömrə nişanlı maşının kimə məxsus olması da maraq doğurub.

“Qafqazinfo”nun araşdırması nəticəsində məlum olub ki, maşını idarə edən şəxs Sənan Nizami oğlu Hüseynovdur. 1983-cü ildə Füzuli rayonunda anadan olan Nizami Hüseynov biznesmendir. Onun qardaşı Əliş Hüseynov da iş adamıdır.

Müğənni Manaf Ağayevlə yaxın dost olan Sənan Hüseynov, digər şou-biznes nümayəndələri tərəfindən də tanınan simadır.