25 Aprel 2024
Müalicəsi üçün pul yığılan 1 yaşlı Amin dünyasını dəyişdi - VİDEO

Müalicəsi üçün pul yığılan 1 yaşlı Amin dünyasını dəyişdi - VİDEO

13 May 2022
Baxış: 459

Türkiyəyə müalicə almağa göndərilən bir yaşlı Amin dünyasını dəyişib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə məlumatı “Səni Axtarıram” proqramında aparıcı Xoşqədəm Hidayətqızı verib.

Aparıcı canlı efirdə leykozdan əziyyət çəkən bir yaşlı Aminin Türkiyədə dünyasını dəyişdiyini açıqlayıb:

“Bizim 11 uşağımız Türkiyəyə müalicə üçün getmişdi. O uşaqlar arasında körpə Aminimiz də var idi. Bu gün Amini itirdik. Çünki gecikdik. Həkimlər ona bir həftə vaxt qoymuşdular”.