25 Aprel 2024
Moskvada yəhudi iş adamı Qod Nisanova aid bazarda TƏLAŞLI ANLAR - Mühasirəyə ALINDI

Moskvada yəhudi iş adamı Qod Nisanova aid bazarda TƏLAŞLI ANLAR - Mühasirəyə ALINDI

18 Yanvar 2022
Baxış: 1988

Moskvanın cənub-şərqindəki “Sadovod” bazarının ərazisində Böyük Vətən Müharibəsi illərinə aid minaatan mərmisi tapılıb, əraziyə istehkamçılar cəlb olunub.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə paytaxtın fövqəladə hallar xidmətinin nümayəndəsi RİA Novosti-yə bildirib.

“Moskva Dairəvi yolunun 14-cü kilometrliyində yerləşən “Sadovod” bazarında müharibə illərinə aid minaatan mərmisi tapılıb. Sursatın tapıldığı yer mühasirəyə alınıb, istehkamçılar cəlb olunub”, - mənbə bildirib.

Xatırladaq ki, “Sadovod” bazarı Qod Nisanov və Zarax İliyevə məxsus “Kiyevskaya ploşçad” şirkətinə məxsusdur. O, Moskva Dairəvi Yolunda yerləşir və Rusiyanın ən böyük topdan və pərakəndə ticarət mərkəzi sayılır.