29 Mart 2024
Mirsamir Məmmədov: "Ermənistan XİN rəhbərinin Xankəndinə gəlməsi beynəlxalq hüququn pozulması və işğalçılıq niyyətidir" 

Mirsamir Məmmədov: "Ermənistan XİN rəhbərinin Xankəndinə gəlməsi beynəlxalq hüququn pozulması və işğalçılıq niyyətidir" 

07 Yanvar 2021
Baxış: 2942

Mirsamir Məmmədov: "Ermənistan XİN rəhbərinin Xankəndinə gəlməsi beynəlxalq hüququn pozulması və işğalçılıq niyyətidir"

Erməni naziri Xankəndiyə buraxanlar və Noyabrın 10-da imzalananan 3 tərəfli bəyanatın şərtlərinə əməl edilməsi məsələsinə məsul olanlar birmənalı olaraq məsuliyyət daşıyır. Erməni nazirin Xankəndinə gəlməsi qətiyyən qəbul edilə bilməz..

Bunu‚ Ermənistan Xarici İşlər Naziri Ara Ayvazyanın yanvarın 5-də Xankəndiyə qanunsuz səfərindən danışarkən siyasi ekspert‚ politoloq Mirsamir Məmmədov deyib. M. Məmmədov əlavə edib ki‚

Ermənistan Xarici İşlər Nazirinin Xankəndinə gəlməsi bu iyrənc və mənfur millətin işğalçılıq niyyətindən əl çəkmədiyini göstərir. Xankəndi Azərbaycan torpağıdır. Ora səfər etmək istəyən hər kəs və hər bir dövlətin rəsmi nümayəndəsi Azərbaycan dövlətindən rəsmi icazə istəməlidir. Əgər Azərbaycan dövləti bu ərazilərə olunacaq hər hansısa səfəri məqbul hesab edərsə‚ ərazi bütövlüyümüzə və suverenliyimizə qarşı hər hansısa bir təhdid görməzsə‚ milli maraqlarımıza qarşı bir hal aşkar olunmazsa və Azərbaycanın dövlət maraqlarına‚ ölkəmizin milli və təhlükəsizlik maraqlarına xidmət edərsə‚ məhz yalnız o zaman istisnalar şəklində Xankəndinə hər hansısa başqa dövlətin nümayəndəsinə səfər etməsi üçün icazə verə bilər. Bu‚ birbaşa Azərbaycan dövlətinin müstəsna və suveren hüquqları çərçivəsindədir. Əlbəttə ki‚ bu qeyd etdiyim amil yalnız neytral ölkələrə aid edilə bilər‚ ermənistana deyil. Ermənistan Azərbaycana düşmən ölkədir‚ 30 ilə yaxın Azərbaycan torpaqlarını işğalda saxlayıb‚ mülki insanlarımıza qarşı soyqırımlar‚ terror aktları törədib‚ 1 milyondan artıq soydaşımızı öz dədə-baba yurdlarından didərgin salıb‚ Azərbaycan xalqına və Azərbaycanın dövlət büdcəsinə ağır maddi və mənəvi ziyanlıqlar vurub. Belə bir ölkənin rəsmi nümayəndəsinin ayaqları ərazilərimizə dəyə bilməz. Xankəndi Azərbaycan torpağıdır. erməni nazirin orada nə işi var?? Rusiya sülhməramlıları belə hala niyə yol verib?? Dağlıq Qarabağın heçbir statusu yoxdur‚ status-kvo olmadı‚ Dağlıq Qarabağ‚ o cümlədən Xankəndi birbaşa Azərbaycandır. ermənistan tərəfi Xankəndinə qanunsuz səfərlər etməklə beynəlxalq hüququ və ən əsası Noyabrın 10-da imzalananan 3 tərəfli bəyanatı kobud şəkildə pozmuş sayılır. Bəyanatın şərtlərinə tərəflərin əməl etməsi məsələsinə nəzarət etməyə məsul olanlar indi buna cavab verməlidir. erməni nazirin nə işi var Azərbaycan torpaqlarında? Və erməni naziri Qarabağa‚ Xankəndinyə nə üçün və hansı məqsədlə buraxıblar? Bu çox ciddi məsələdir və üzərində ciddi dayanılnalıdır. erməni nazirlər istədikləri zaman‚ sanki öz torpağıymış kimi mütamadi olaraq Azərbaycan ərazilərinəmi gələcəklər?? Tərəflər arasında Noyabrın 10-da imzalananan bəyanatın şərtlərinə əməl edilməsinə nəzarət edən və buna məsul olanlar erməni nazirin Xankəndidə nə işinin olduğuna və əraziyə niyə buraxdıqlarına dair cavab verməlidirlər. Erməni nazirlərin Qarabağa intensivləşən səfərləri noyabrın 10-da imzalanmış 3 tərəfli bəyanatın bütün ruhuna zərbədir. Ermənistan məqsədli şəkildə bölgədəki təhlükəsizliyi və sabitliyi pozmağa çalışır. Azərbaycan noyabrın 10-da imzalamış 3 tərəfli bəyanatın bütün şərtlərinə əməl edib. Halbu ki‚ Azərbaycan qalib ölkədir. Amma ermənistan məğlub ölkə olmasına baxmayaraq yenə təxribatlardan əl çəkmir və öz havadarlarına güvənərək və bilavasitə havadarlarının dəstəyi və yardımı ilə siyasi‚ dipkomatik və hərbi təxribatlara əl atır. Hətta bunun fonunda ərazilərimizə kəşfiyyat diversiya dəstələri hücum edərək terror və təxribatlar törətməyə cəhd edirlər. Bütün bunlar ermənistanın növbəti cinayətləridir. Və bütün məsuliyyət birbaşa ermənistanın və onun havadarlarının üzərindədir.